Lukaşenko Belarusdakı seçkilərin qanunsuzluğu ilə bağlı açıqlamaları mif adlandırıb

Belarusda "cəmiyyətin öz-özünə təşkili" və "seçkilərin qanunsuzluğu" barədə açıqlamalar mifdir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 16:02

Belarusda "cəmiyyətin öz-özünə təşkili" və "seçkilərin qanunsuzluğu" barədə açıqlamalar mifdir.

 

İnterAz-ın məlumatına görə, Belarus lideri Aleksandr Lukaşenko bunu ölkənin siyasi fəalları ilə görüşündə bildirib.

 

Onun sözlərinə görə, Belarusda baş verənlər gözlənilməz və ya yeni bir şey deyil.

 

“Yaşlı insanlar Belarusda baş verən çox şeyi xatırlayırlar, 90-cı illərdə minlərlə insanın küçələrə çıxması, avtomobilləri aşırması, yandırması, o vaxt sadə insanların yaşadığı binaların birinci mərtəbələrinə "molotof kokteyli" atması.

 

Cəmiyyətin öz-özünə təşkili, inqilabi vəziyyətin yaranması, seçkilərin qanunsuzluğu və bu kimi söhbətlər mifdir", Lukaşenko bildirib.