Merkel inkişaf etmiş ölkələrin sakinləri arasında ən çox etimad qazanmış liderdir

...Respondentlərin 76 faizi Merkelin beynəlxalq məsələlərdə qəbul etdiyi qərarlara etimad edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 17:23

 Almaniya kansleri Angela Merkel 13 ölkədə sakinlər arasında etimad qazanıb.

 

İnterAz-ın DW-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ "Pew Research Center" sosioloji institutunun apardığı sorğunun nəticələri göstərir.

 

Respondentlərin 76 faizi Merkelin beynəlxalq məsələlərdə qəbul etdiyi qərarlara etimad edir.

 

Yalnız 19 faiz respondent Merkelə qarşı belə bir inam hiss etmədiyini bildirib.

 

Almaniya kanslerinin ardınca Fransa prezidenti Emmanuel Makron gəlir.

 

Rusiya dövlət başçısı Vladimir Putin siyahının ortasındadır.

 

Ən xoşagəlməz vəziyyət Amerika lideri Donald Trampındır. Respondentlərin yalnız 16 faizi ona inanır, 83 faizi ona etibar etmir.