BMT: 872 milyon şagird hələ də məktəbə dönə bilmir

Forun sözlərinə görə, təhsil almaq imkanından məhrum olan uşaqların ümumi sayı 51 ölkədə 870 milyondan çoxdur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 17:46

BMT, pandemiya səbəbindən təhsil ala bilməyən uşaqların sayına görə narahatdır.

 

İnterAz-ın verdiyi xəbərə görə, "TASS" agentliyi bu barədə BMT Uşaq Fondunun icraçı direktoru Henrietta Fora istinadən məlumat yayıb.

 

Forun sözlərinə görə, təhsil almaq imkanından məhrum olan uşaqların ümumi sayı  51 ölkədə 870 milyondan çoxdur. 

 

"Bu gün, koronavirusun yayılmasından təxminən 9 ay sonra, 51 ölkədə 872 milyon şagird hələ də təhsil prosesinə dönə bilmir", BMT Uşaq Fondunun icraçı direktoru bildirib.