Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

...Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 09:13

Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib. 

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.

 

Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb. 

 

Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.

 

İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.