ABŞ-dakı meşə yanğınlarının tüstüsü Avropaya çatır

...ABŞ-ın qərbindəki meşə yanğınlarından gələn tüstü yalnız ölkənin şərq sahillərinə deyil, Avropanın şimalındakı bir sıra ölkələrə də çatıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 09:53

ABŞ-ın qərbindəki meşə yanğınlarından gələn tüstü yalnız ölkənin şərq sahillərinə deyil, Avropanın şimalındakı bir sıra ölkələrə də çatıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə peyklərdən çəkilmiş şəkillərə əsasən alimlər bildirib.

 

CNN-in məlumatına görə, ölkədəki meşə yanğınlarının qurbanlarının sayı 36-ya yüksəlib. Ən çətin vəziyyət Oreqon, Kalifornia, Aydaho və Vaşinqton ştatlarındadır. Aydahoda yerləşən Milli İdarələrarası Yanğın Mərkəzi açıqlamasında 10 qərb ştatında 87 böyük ərazini əhatə edən meşə yanğını ocağının alovlanması bərədə məlumat yayıb. Yanğınların ümumi sahəsinin təxminən 1,9 milyon hektar olduğu bildirilir.