Birinci cəhdin baş tutmamasından sonra ABŞ İrana görə ikinci dəfə BMT TŞ-a üz tutur

...ABŞ İrana qarşı beynəlxalq sanksiyaların yenidən qaytarılması və işə salınması (snapback) üçün yenidən BMT Təhlükəsizlik Şurasına üz tutur

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 10:03

ABŞ İrana qarşı beynəlxalq sanksiyaların yenidən qaytarılması və işə salınması (snapback) üçün yenidən BMT Təhlükəsizlik Şurasına üz tutur.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo ötən gün Britaniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Mayk Pompeo bildirib ki, ölkəsi gələn həftə yenidən BMT TŞ çərçivəsində İrana qarşı sabiq beynəlxalq sanksiyaların bərpa edilməsi məsələsini gündəmə gətirəcək.

 

Qeyd edək ki, ABŞ ötən ay bu məsələni gündəmə gətirsə də BMT TŞ-nın üzvləri o cümlədən Fransa, Britaniya və Almaniya rəsmi Vaşinqtona dəstək verməyiblər.

 

ABŞ hökuməti həm də bundan öncə İrana qarşı silah enbarqosunun qüvvədə qalması və uzadılması üçün cəhd edib və BMT TŞ üzvləri bunun əleyhinə çıxıblar.

 

Qeyd edək ki, ABŞ-ın birtərəfli qaydada tərk etdiyi nüvə sazişinə əsasən İran gələn aydan silah idxalı və ixracını həyata keçirə biləcək.