Liviyada Türkiyənin dəstəklədiyi hökumət başçısı istefa verib

...Liviya paytaxtı və ətraf əyalətləri nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti”nin başçısı Faiz əs-Sirac istefa verib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 10:23

Liviya paytaxtı və ətraf əyalətləri nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti”nin başçısı Faiz əs-Sirac istefa verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Liviyada “Milli Barışıq Hökuməti”nin Rəyasət Şurasının sədri Faiz əs-Sirac istefa verib.

 

F. əs-Sirac istefa çıxışında məsuliyyəti dövründə rəhbərlik etdiyi hökumətin xaricdən olduğu kimi daxildən də təzyiqlərə və məkrli planlara məruz qaldığını bildirib.

 

Liviya münaqişəsilə bağlı BMT-nin vasitəçiliyi ilə aparılan danışıqların nəticələrinə ümid etdiyini bildirən F.əs-Sirac yeni Rəyasət Şurasının təşkilinin müsbət addım olacağını deyib.

 

Qeyd edək ki, Faiz əs-Sirac ötən ay ölkədə Xəlifə Haftarın ordusuna qarşı əməliyyatların dayandırıldığını və atəşkəsin elan edildiyini bildirmişdi.