Qvineya Prezidenti naziri küçədə döyüb

...Zərbələrdən yayınan nazir qaçmağa çalışıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 10:40

Qvineya Respublikasının Prezidenti Alfa Konde əmək nazirini küçədə döyüb.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyədə nəşr edilən "Milli Gazete"  məlumat yayıb.

 

Məlumata görə, dövlət başçısı naziri vəzifələrini yetərincə yerinə yetirməməkdə və işə səhlənkar yanaşmaqda ittiham edərək onu küçənin ortasında döyməyə başlayıb.

 

Zərbələrdən yayınan nazir qaçmağa çalışıb.