İran parlamentinin sədri İsraillə saziş imzalayan iki ərəb dövlətini "xəyanətkar" adlandırıb

...“Bölgədəki xəyanətkar hakimiyyətlər bu gündən sionist rejimin əvvəldən indiyədək bütün cinayətlərinə şərikdirlər”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 11:40

“Bölgədəki xəyanətkar hakimiyyətlər bu gündən sionist rejimin əvvəldən indiyədək bütün cinayətlərinə şərikdirlər.”

 

İnterAz SalamNews istinadla xəbər verir ki, bunu İranın Parlament sədri Məhəmməd-Baqir Qalibaf BƏƏ və Bəhreynin İsraillə imzaladıqları saizşlə bağlı verdiyi bəyanatda deyib.

 

İran Parlamentinin sədri İsraillə saziş imzalayan ərəb dövlətlərini xəyanətkar adlandırıb və vurğulayıb ki, onlar da İsrailin Fələstində, Suriya, Livan və digər bölgələrdə törətdiyi cinayətlərə şərikdirlər.

 

M.Qalibaf ərəb dövlətlərinin İsraillə son sazişinin gizlində olan əlaqələrin aşkara çıxması prosesi olduğunu və bu minvalla Fələstinə edilən xəyanətin rəsmən üzə çıxarıldığını bildirib.

 

İran Parlamentinin sədri sözügedən bəyanatda Qurani-Kərimin Mümtəhənə surəsinin 9-cu ayəsini nümunə olaraq qeyd edib və ərəb dövlətlərini öz dini və milli normalarını kobud şəkildə pozmaqda ittihamlandırıb.