Rusiyada koronavirusdan ölənlərin sayı 19 mini ötüb

...Rusiyada son sutka ərzində daha 5762 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Sentyabr 2020, 11:50

Rusiyada son sutka ərzində daha 5762 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Rusiyada COVID-19-a yoluxanların sayı 1085281 nəfərə çatıb.

 

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 061 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.