Türkiyədə zəlzələ baş verib

...Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 09:22

Türkiyənin şərqində 4,1 bal gücündə zəlzələ baş verib.

 

İnterAz-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ərzurum şəhərindən 88 kilometr şimalda, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.