ABŞ İranın 45 fiziki şəxsi və şirkətinə sanksiya tətbiq edib

... ABŞ hökuməti İranın Kəşfiyyat Nazirliyi və “Hizbullah” hərəkatı ilə əlaqəli olduğu deyilən 45 fiziki şəxsi və şirkətinə sanksiya tətbiq edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 09:32

 ABŞ hökuməti İranın Kəşfiyyat Nazirliyi və “Hizbullah” hərəkatı ilə əlaqəli olduğu deyilən 45 fiziki şəxsi və şirkətinə sanksiya tətbiq edib.

 

İnterAz xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo rəsmi twitter səhifəsində məlumat verib.

 

Bildirilib ki, “İranın kiber hücumları və təxribatlarının qarşısını almaq, bölgədə müttəfiqləri qorumaq məqsədilə İranın Kəşfiyyat Nazirliyi və “Hizbullah” hərəkatı ilə əlaqəli olan bir sıra şəxsləri və şirkətlərinə sanksiya tətbiq edilir.”

 

Eyni zamanda ABŞ-ın Xəzinədarlıq Departamenti sanksiyaların tətbiq edildiyi 45 fiziki və hüquqi şəxsdən əlavə eyni məqsədlə Livanın iki şirkətinə də sanksiya tətbiq edildiyini bildirib.

 

Qeyd edək ki, ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra İrana qarşı sərt sanksiyalara start verib.