Oktyabrın 1-dən koronavirusla bağlı Özbəkistanın giriş və çıxışlarına qoyulan qadağalar tam götürülür

...Oktyabrın 1-dən COVID-19-la bağlı karantin normalarına əməl olunmaqla Özbəkistanın giriş və çıxışlarına-aviasiya, dəmir yolu və avtonəqliyyat sahələrinə qoyulan qadağalar tam götürülür

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 09:50

Oktyabrın 1-dən COVID-19-la bağlı karantin normalarına əməl olunmaqla Özbəkistanın giriş və çıxışlarına-aviasiya, dəmir yolu və avtonəqliyyat sahələrinə qoyulan qadağalar tam götürülür.

 

İnterAz xəbər verir ki, yeni qaydalara görə, son 14 gündə “yaşıl zona”da olan Çin, Malayziya, Tailand, Cənubi Koreya, Gürcüstan, Macarıstan, Latviya, Avstriya və Yaponiyadan gələn sərnişinlər heç bir məhdudiyyət olmadan ölkəyə daxil olacaqlar.

 

“Sarı zona”ya daxil olan ölkələr - Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri və Avropa İttifaqı ölkələrinin (Böyük Britaniya və İspaniyadan başqa), o cümlədən “qırmızı zona”da olan bütün dövlətlərin vətəndaşları son 72 saat ərzində koronavirusdan verdikləri testin cavabı mənfi olduqda Özbəkistan ərazisinə buraxılacaqlar.