Lukaşenko Belarusun Qərblə sərhədini bağlayıb

...Belarus, Polşa və Litva ilə sərhədi bağlay, Ukrayna ilə sərhəddə təhlükəsizliyi gücləndirib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 10:40

Belarus, Polşa və Litva ilə sərhədi bağlay, Ukrayna ilə sərhəddə təhlükəsizliyi gücləndirib.

 

İnterAz İnterfaks-a istinadən xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko "Belarus uğrunda" qadın forumunda bildirib.

 

"Biz qoşunlarımızı küçələrdən çəkməyə məcburuq. Artıq dediyim kimi, ordunun yarısını silah altına almaq və Qərblə, ilk növbədə Litva və Polşa ilə dövlət sərhədini bağlamalıyıq. Böyük təəssüf hissi ilə qeyd edim ki, dövlət sərhədini qardaş Ukrayna ilə də möhkəmləndirməyə məcburuq", o deyib.

 

Qeyd edək ki, Belarusiya, koronavirus pandemiyası ilə əlaqədar sərhədlərini bağlamayan yeganə ölkə idi.