Bill Geyts İlon Maskı yeni Stiv Jobs hesab etməkdən imtina edib

...Bill Geyst hesab edir ki, İlon Mask istedadlı mühəndisdir, Stiv Jobs isə dahi marketoloq və dizayner idi

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 10:50

Bill Geyst hesab edir ki, İlon Mask istedadlı mühəndisdir, Stiv Jobs isə dahi marketoloq və dizayner idi. Bu yaxınlarda Geyts və Mask elektrikli nəqliyyat vasitələrinin gələcəyi ilə əlaqədar qiyabi mübahisəyə girib.

 

İnterAz-ın verdiyi xəbərə görə, "Microsoft" qurucusu Bill Geyts "Bloomberg Businessweek"ə müsahibə verib. Müsahibədə o ABŞ seçkilərinə münasibətindən, iş adamı İlon Maskdan və perspektivli texnologiyalardan bəhs edib.

 

İqlimi qorumaq və qlobal istiləşməyə qarşı mübarizə təşəbbüsləri ilə tanınan Geyts elektrikli avtomobil istehsalçısı "Tesla"nın ətraf mühitə verdiyi faydaların miqyasını azaltmaq istəmədiyini bildirib.

 

Eyni zamanda, o elektrik nəqliyyatı payının genişləndirilməsinin ətraf mühiti qorumaq üçün yetərli olmadığını vurğulayıb. Onun fikrincə, iqtisadiyyatın hələ yetərincə inkişaf etmədiyi sahələrdə, məsələn, ağır sənaye sahələrində ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə diqqət yetirmək lazımdır.

 

Geytsə "milyarder İlon Maskı "yeni Stiv Jobs" hesab etmək olarmı" sualı verilib:

 

“İnsanları şəxsən tanıyırsınızsa, belə bir fikir qəribə görünəcək. İlon daha çox mühəndisdir. Stiv  dizayn, insan seçməkdə və marketinqdə dahiydi. Bir otağa girib onları bir-birinə qarışdıra bilməyəcəksiniz", Geyts  cavab verib.