KİV: Tramp İrana silah satacaq dövlətlərə sərt sanksiyalar tətbiq edəcək

...İrana qarşı silah enbarqosunun müddəti bitdikcə ABŞ daha da hiddətlənib və yeni addımda rəsmi Tehrana silah satan ölkələri hədəfə almağı planlaşdırır

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 11:40

 İrana qarşı silah enbarqosunun müddəti bitdikcə ABŞ daha da hiddətlənib və yeni addımda rəsmi Tehrana silah satan ölkələri hədəfə almağı planlaşdırır.

 

İnterAz bildirir ki, bu barədə Reuters məlumatlı mənbələrə istinadla xəbər verib.

 

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp İrana silah satmağı planlaşdıran dövlətlər və tərəflərə ciddi sanksiyaların tətbiq edilməsi haqda göstəriş vermək istəyir.

 

Məlumata görə sanksiyaların bir bəndinə əsasən İrana silah satan tərəflər ABŞ bazarından məhrum olacaqlar.

 

Qeyd edək ki, ABŞ-ın tərk etdiyi nüvə sazişinə əsasən gələn ay İrana qarşı beynəlxalq silah enbarqosunun müddəti bitir və İran silah idxalı və ixracına başlaya bilər. ABŞ bundan öncə BMT TŞ-da İrana qarşı sabiq beynəxalq sanksiyaları qaytarmaq (snapback) və bitməkdə olan silah enbarqosunun uzadılması üçün məsələ qaldırsa da qəbul edilməyib.