Türkiyə Avropa Parlamentinin qətnaməsini pisləyib

...Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Parlamentinin Türkiyəni Şərqi Aralıq dənizində qazma işlərini dayandırmağa çağıran qətnaməsini pisləyib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 11:50

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Parlamentinin Türkiyəni Şərqi Aralıq dənizində qazma işlərini dayandırmağa çağıran qətnaməsini pisləyib.

 

İnterAz bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.

 

"Avropa Parlamenti Baş Assambleyasının 17 sentyabr 2020-ci il tarixli Türkiyə ilə bağlı tövsiyə xarakterli qətnaməsi həqiqətlərdən uzaqdır. Qətnamə AB üzvlərinin həmrəyliyi üçün qəbul edilib  və bəzi üzv dövlətlərin mənafelərinə xidmət edir. Sənəd bir çox cəhətdən qəbuledilməzdir",  Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında deyilir.

 

Açıqlamada qeyd edilir ki, Avropa Parlamenti qərəzli və ədalətsiz mövqeyi ilə  nüfuzunu itirir.