Rusiyada son sutka ərzində daha 5905 nəfər koronavirusa yoluxub

...Rusiyada son sutka ərzində daha 5905 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 12:10

Rusiyada son sutka ərzində daha 5905 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

 

 Rusiyada COVID-19-a yoluxanların sayı 1091186 nəfərə çatıb.

 

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib.

 

Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 195 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.