Tramp bütün dostlarını itirdiyini açıqlayıb

...ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident seçildikdən sonra bütün dostlarını itirib, onları Konqres üzvləri ilə əvəz edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 12:20

ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident seçildikdən sonra bütün dostlarını itirib, onları Konqres üzvləri ilə əvəz edib.

 

İnterAz bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

 

"Bu vəzifəyə görə bütün dostlarımı itirdim. Dostlarım var idi. "Hey Don,  axşam yeməyinə gedək"- "Yaxşı, oldu Riçard gələcəm". -"Hey, Don, gedək." - " Tamam Larri , Nyu-Yorkdakı restoranda görüşərik"... Möhtəşəm söhbətlərimiz olurdu, nədən danışdığımızı bilmənizə ehtiyac yoxdu. Ancaq rahat şəkildə söhb ət edirdik", Tramp, Viskonsindəki seçicilərlə görüşündə deyib.