Misir prezidenti Dünya Yəhudiləri Konqresinin sədri ilə görüşüb

...Misir prezidenti Əbdül-Fəttah Sisi Qahirədə Dünya Yəhudiləri Konqresinin sədri Ronald Lauderi qəbul edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 13:00

Misir prezidenti Əbdül-Fəttah Sisi Qahirədə Dünya Yəhudiləri Konqresinin sədri Ronald Lauderi qəbul edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Misir prezidenti Əbdül-Fəttah Sisi Qahirədə Dünya Yəhudiləri Konqresinin sədrilə görüşərək Yaxın Şərqdə baş verən son prosesləri xüsusiədə iki ərəb dövlətinin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini müzakirə ediblər.

 

Misirin Kəşfiyyat İdarəsi sədrinin də qatıldığı bu görüşdə Misir-ABŞ əlaqələri, “terror və radikalizmlə mübarizə” məsələləri də müzakirə edilib.

 

Dünya Yəhudiləri Konqresinin sədri Ronald Lauder Misir hökumətinin bölgədə “terrorla və radikallıqla mübarizə” zəminidəki fəaliyyətini təqdirəlayiq hesab edib.