Amerika telekanalı ABŞ-ın Kiyevin Krımdakı addımlarını dəstəklədiyini deyir

...Rusiyanın ABŞ-dakı səfirliyi Ağ ev administrasiyasından açıqlama istəyəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Sentyabr 2020, 14:24

 Əgər NBC telekanalının yaydığı kimi Ukraynanın Krımdakı təxribatçı fəaliyyətini ABŞ-ın dəstəklədiyi təsdiqlənərsə, Rusiyanın ABŞ-dakı səfirliyi Ağ ev administrasiyasından açıqlama istəyəcək.

 

İnterAz İnterfaks-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın diplomatik missiyasından bildiriblər. Telekanalın yaydığı xəbərdə ABŞ-ın “Krımdakı Ukrayna bölmələrinin” fəaliyyətini dəstəklədiyi qeyd edilir, mətbuatda yayılan və amerikalı əsgərlərin öldürülməsi məqsədilə əfqan talibləri üçün ödənişlər nəzərdə tutduğu iddia edilən Rusiya proqramı isə “Ukrayna terrorçularının fəaliyyətinə dəstəyə” cavab addımı olaraq qələmə verilir.