ÜST COVID-19-a yoluxan uşaqlarla bağlı məlumat yayıb

...Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Sentyabr 2020, 10:32

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən İnterAz-a verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

 

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.