Ermənistanda kişilərin ölkəni tərk etməsi məhdudlaşdırılıb

...Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 09:23

Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, bu barədə Sputnik Ermənistan Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb.

 

Bildirilir ki, Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.