İranda son sutkada 207 nəfər koronavirusdan vəfat edib

...bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 25 986 nəfərə çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 15:43

İranda son sutkada yeni növ koronavirusdan (COVID-19) 207 nəfər vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 25 986 nəfərə çatıb.

 

Son 24 saat ərzində koronavirusa 3677 yeni yoluxma faktı qeydə alınıb. İndiyə qədər ölkədə virusa yoluxnaların sayı 453637 nəfərə çatıb.