İranın üç neft tankeri Venesuela sahillərinə çatıb

İrandan benzin qıtlığından əziyyət çəkən Venesuelaya neft və neft məhsullarının daşınması davam edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 16:26

İrandan benzin qıtlığından əziyyət çəkən Venesuelaya neft və neft məhsullarının daşınması davam edir.

 

İnterAz bu barədə FarsNews -a istinadla məlumat verir.

 

Bildirilib ki, İrandan Venesuelaya neft və neft məhsulları aparan 3 tanker artıq Venesuela sahillərinə çatıblar.

 

Əlavə edilib ki, bu gəmilərə heç bir maneəçilik törədilməyib.

 

Qeyd edək ki, ABŞ-ın Venesuelaya qarşı sərt sanksiyalarından və bu ölkə ərazisində yerləşən neft emalı zavodlarında təxribat yanğınları və partlayışlarından sonra ölkədə ciddi benzin qıtlığı yaşanıb. İran cari ilin aprel və mayından bu ölkəyə neft, benzin və digər neft məhsullarını daşımaqda davam edir.