Küveyt əmiri vəfat edib

...Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 29 Sentyabr 2020, 17:03

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib.

 

İnterAz xəbər verir ki, məlumatı “aHaber” yayıb.

 

Şeyx Sabah əl-Ahmed əl-Cabir əs-Sabah 1929-cu il iyunun 16-da Küveytdə anadan olub. 2006-cı il yanvarın 29-da Küveyt parlamenti tərəfindən əmir vəzifəsinə təsdiqlənib. O, Şeyx Əhməd əl-Cabir əl-Sabahın dördüncü oğlu və Əl-Sabah ailəsinin başçısı idi.