Əfqanıstanda minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib

...Əyalət rəsmiləri bölgədə minaların Taliban tərəfindən quraşdırıldığını bildirirlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 17:59

Əfqanıstanın Daykündi əyalətində minanın partlaması nəticəsində 14 mülki şəxs həyatını itirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Daykündi əyalətində yerli mənbələr məlumat veriblər.

 

Bildirilib ki, əyalətin Kəcran rayonunun Süleymanabad kəndi ərazisində kəndliləri daşıyan maşın minaya düşüb və nəticədə çoxu qadın və uşaq olmaqla 14 nəfər həyatını itirib.

 

Daha 4 nəfər yaralanıb.

 

Əyalət rəsmiləri bölgədə minaların Taliban tərəfindən quraşdırıldığını bildirirlər.

 

Qeyd edək ki, Qətərdə Talibanla hökumət arasında danışıqlar başlasa da hələ müsbət nəticə qeydə alınmayıb.