Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub

...bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 18:17

“Gürcüstan ərazisindən istənilən ölkə tərəfindən hərbi məqsədlərlə yüklərin tranziti üçün istifadəyə qadağa qoyulub”.  

 

İnterAz report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

 

O deyib ki, Gürcüstanın qonşuları bunu bilir və bu yanaşmaya anlayışla yanaşırlar.

 

Komitə sədrinin sözlərinə görə, Gürcüstan münaqişə ilə bağlı məlum səbəblərə görə bir növ bitərəf mövqe tutur: “Çünki həm Azərbaycan, həm də Ermənistanla olduqca yaxşı qonşuluq münasibətlərimiz var. Biz hazırkı vəziyyəti təhlil edirik, prosesi müşahidə edirik və bütün ssenarilərə hazırıq”.