Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib

...bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Oktyabr 2020, 15:23

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar.

 

İnterAz xəbər verir ki, bu barədə “RİA Novosti”i məlumat yayıb.

 

Liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar.

 

V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər.

 

***15:23

 

“ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat verəcəklər”.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.