Suriyada radikal qruplaşmaların silah anbarında partlayış baş verib

Suriyanın İdlib əyalətində Əl-Qaidənin sabiq qanadı “ən-Nusra Cəbhəsi” nin silah anbarında partlayış baş verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 12:24

Suriyanın İdlib əyalətində Əl-Qaidənin sabiq qanadı “ən-Nusra Cəbhəsi” nin silah anbarında partlayış baş verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, hadisə İdlibin Salqin bölgəsində “ən-Nusra Cəbhəsi” nin (digər adı Heyət Təhrir-Şam) silah anbarında baş verib.

 

Bu partlayış nəticəsində mülki şəxslərdən 5 nəfər, radikal qruplaşma üzvlərindən isə 16 nəfər ölüb və yaralanıb.

 

Hadisənin hava zərbəsi nəticəsində baş verdiyi iddia edilir. Lakin “ən-Nusra Cəbhəsi” bunu təsdiqləməyib.

 

Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilib.