İranda koronavirusdan ölənlərin sayı 30 mini ötüb

...İranda son sutkada 253 nəfərin koronavirusdan ölümü qeydə alınıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 15:05

İranda son sutkada 253 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 30,123-ə çatıb.

 

İnterAz İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.

 

Bildirilib ki, ölkədə son 24 saat ərzində 253 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 30,123-ə çatıb.

 

Əlavə edilib ki, son sutkada ölkədə 4,103 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəəqm ümumilikdə 526,490-a çatıb.

 

İranda yoluxmuşlardan 423 mini sağalıb.

 

Qeyd edək ki, İran koronavirusa yoluxmanın kəskin artmasına görə, 5 böyük şəhərə giriş və çıxışları bağlayıb.