ABŞ 2021-ə qədər Əfqanıtandakı qüvvələrin sayını 2,500-ə endirəcək

ABŞ prezidenti Donald Trampın müşaviri Əfqanıstandakı qüvvələrin sayının 2,500-ə endiriləcəyini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 16:57

ABŞ prezidenti Donald Trampın müşaviri Əfqanıstandakı qüvvələrin sayının 2,500-ə endiriləcəyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O,Brayn bildirib ki, ölkə qüvvələrinin Əfqanıstandan çıxarılması üçün zaman cədvəli təyin edilib və ona əsasən 2021-in əvvəlində bu ölkədə yalnız 2,500 hərbi qüvvə qalacaq.

 

Qeyd edək ki, AbŞ cari ilin martından Talibanla sülh sazişi imzalayıb və qüvvələrin 14 ay ərzində ölkədən çıxmasına razılıq verib.

 

Eyni zamanda ABŞ Əfqanıstan hökumətini də Talibanla danışıqlar aparmağa çağırıb. Hazırda Qətərdə Əfqanıstandaxili danışıqlar getsə də bir sıra əyalətlər tərəflər arasında döyüşlərin şahididir.