Rusiyada son sutkada 15099 nəfər koronavirusa yoluxub

...Rusiyada son sutka ərzində daha 15 099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Oktyabr 2020, 11:57

Rusiyada son sutka ərzində daha 15 099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 399 334 nəfərə çatıb.

 

Son sutka ərzində 185 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 24 187 nəfərə çatıb.

 

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir