Ermənistanda son sutkada COVID-19-a 1 234 yoluxma qeydə alınıb

...Xəstəlikdən ölənlərin ümumi sayı 1 101 nəfərdir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 12:53

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 234 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

 

İnterAz-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 66 694 nəfərə çatıb.

 

Xəstəlikdən ölənlərin ümumi sayı 1 101 nəfərdir.