İran prezidenti: Bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacağıq

...İran rəsmisi bildirib ki, ölkə hələ bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacaq və mübarizə aparmalı olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 13:18

“İşimizi elə qurmalıyıq ki, koronavirus bundan sonra sanki iki il də qalmış olacaq və biz onunla mübarizə aparmalı olacağıq”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu prezident Həsən Ruhani həkimlərlə görüşündə deyib.

 

İran rəsmisi bildirib ki, ölkə hələ bundan sonra daha iki il koronavirus problemilə üz-üzə qalacaq və mübarizə aparmalı olacaq.

 

İran prezidenit ağır iqtisadi durumun davam etməsinə baxmayaraq Covid-19 virusu ilə mübarizədə səhiyyə sahəsinə vacib dəstəklərin veriləcəyini bildirib.

 

Qeyd edək ki, İranda indiyə qədər yoluxanların sayı 535 min, bu rəqəmdən sağalanlar 430 min, ölənlər isə 30,700 nəfər təşkil edir.