İlk dəfə olaraq BƏƏ rəsmi nümayəndə heyəti İsrailə yola düşüb

BƏƏ İsraillə əlaqələrin rəsmiləşdirilməsilə bağlı saziş imzaladıqdan sonra bu əmirliyin ilk rəsmi nümayəndəsi Təl-Əvivə yola düşüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 13:41

 BƏƏ İsraillə əlaqələrin rəsmiləşdirilməsilə bağlı saziş imzaladıqdan sonra bu əmirliyin ilk rəsmi nümayəndəsi Təl-Əvivə yola düşüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, BƏƏ rəsmi nümayəndə heyətini aparan təyyarə Əbu-Dabi havalimanından artıq İsrailin Bin Qurion hava limanına yola düşüb.

 

Tərəflər ötən ay əlaqələrin rəsmiləşdirilməsilə bağlı imzalanan sazişin müddəalarına əsasən qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahələrini müzakirə edəcəklər.

 

Bir neçə gün öncə İsrailin rəsmi nümayəndə heyəti Bəhreyndə qarşılıqlı əlaqələrlə bağlı görüşlər keçirərək, bir neçə memorandum imzalayıblar.

 

Qeyd edək ki, BƏƏ və Bəhreyn İsraillə rəsmi əlaqələrə başlayan üç və dördüncü ölkələrdir.