İranda ötən sutka 322 nəfər koronavirusdan ölüb

...bununla da İranda bu virusdan ölənlərin sayı 31 034 nəfərə yüksəlib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 15:53

İranda ötən sutka ərzində 322 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

İnterAz-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31 034 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  5039 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 539 670 nəfərə yüksəlib.

 

O əlavə edib ki, İranda indiyədək 434 676 nəfər  koronavirusdan sağalıb.