Rusiyada helikopter qəzaya uğrayıb, bir nəfər itkin düşüb

...Onun sözlərinə görə, helikopterin göyərtəsində bir nəfər olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 16:21

Rusiyanın Voloqda vilayətinin Nyuksensk rayonunun Bobrovsk kəndinin yaxınlığında helikopterin yüksək gərginlikli xəttə çarpılması nəticəsində çaya düşüb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nyukensk rayon administrasiyasının başçısı Svetlana Terebova bildirib.

 

Onun sözlərinə görə, helikopterin göyərtəsində bir nəfər olub. Onu sudan çıxarmaq hələlik mümkün olmayıb.