Ermənistan ordusunun daha iki polkovniki məhv edilib

...Bildirilib ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavinidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Oktyabr 2020, 17:55

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan məhv edilib.

 

İnterAz report-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

 

Bildirilib ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavinidir.