Rusiya prezidenti: Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz

Faciə isə ondan ibarətdir ki, insanlar ölür...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Oktyabr 2020, 21:28

"Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz".

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.

 

V.Putin bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz: "Bu illər ərzində (Rusiya - red.) vəziyyətin uzun bir tarixi perspektiv üzrə sabitləşdirilməsi üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atsaq həllə nail olacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün qarşımızda münaqişənin ən pis variantı var. Faciə isə ondan ibarətdir ki, insanlar ölür".