Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırıb

Rusiya Prezidenti Vladimir Putin S-400 zenit-raket komplekslərini dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemi adlandırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Oktyabr 2020, 09:04

Rusiya Prezidenti Vladimir Putin S-400 zenit-raket komplekslərini dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemi adlandırıb.

 

İnterAz-ın məlumaıtna görə, bu barədə C.Putin "Valday" diskussiya klubunun iclasında bildirib.

 

Rusiya Prezidenti deyib: "Türkiyə müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Bu gün isə dünyanın ən yaxşı sistemi Rusiyanın istehsal etdiyi S-400 "Triumf"dur. Türkiyə dedi və aldı".