Daha bir ərəb dövləti İsraillə əlaqələri rəsmiləşdirdiyini elan edib

Sudan İsraillə əlaqələri normallaşdırdığını və diplomatik əlaqələrə start veriləcəyini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Oktyabr 2020, 11:43

Sudan İsraillə əlaqələri normallaşdırdığını və diplomatik əlaqələrə start veriləcəyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Sudanın Xarici İşlər Nazirliyi bəyanat verib.

 

Nazirlik İsraillə əlaqələrin normallaşdırıldığını və Sudanın terror siyahısından çıxarıldığını bəyan edib.

 

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp eyni zamanda Sudan və İsrail rəhbərliyi ilə təmas quraraq əlaqələrin normallaşdırılması və rəsmiləşdirilməsini elan edib.