Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

...Berlində maskalar taxmaqla bağlı sərtləşdirilmiş qaydalar bugündən etibarən qüvvəyə minib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 24 Oktyabr 2020, 12:35

Berlində maskalar taxmaqla bağlı sərtləşdirilmiş qaydalar bugündən etibarən qüvvəyə minib.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, pandemiya başlayandan bəri ilk dəfə paytaxt sakinləri qoruyucu vasitələrini yalnız qapalı yerlərdə deyil, həm də açıq havada istifadə etməli olacaqlar.

 

Əlavə olaraq, yarım metr məsafəni qorumaq mümkün olmadığı yerdə də maska taxmaq məcburi olacaq. 

 

Sosial əlaqələrdəki məhdudiyyətlər də sərtləşir.

 

İndiyə qədər maksimum 50 nəfərin açıq havada, 25 nəfərin qapalı məkanda toplanmasına icazə verilirdi.

 

İndu bu limit 25 və 10-a endirilib.