Gürcüstanda koronavirusa 1 941 yeni yoluxma təsdiqlənib

...412 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent isə vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Oktyabr 2020, 12:45

Gürcüstanda son sutkada koronavirusa 1 941 yeni yoluxma faktı təsdiqlənib, 412 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent isə vəfat edib.

 

İnterAz xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 26 503-ə çatıb. Onların 10 163-ü sağalıb, 193-ü isə dünyasını dəyişib.

 

Karantin zonalarında 4 180, stasionar nəzarətdə isə 3 571 nəfər saxlanılır. 1 848 simptomsuz xəstə xüsusi otellərdə müalicə ilə təmin olunur.