Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

...Fransada epidemiya dövründə koronavirusa yoluxanların sayı 1 milyonu keçərək 1.041.975 nəfər olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Oktyabr 2020, 13:21

Fransada epidemiya dövründə koronavirusa yoluxanların sayı 1 milyonu keçərək 1.041.975 nəfər olub.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sante Publique France” monitorinq agentliyi məlumat verib.

 

Məlumata görə, 24 saat ərzində ölkədə 42 032 nəfərin virusa yoluxduğu təsdiqlənib.

 

Bu, ölkə üçün yeni rekorddur.

 

Son 7 gündə ölkədə 11032 nəfər xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 1714 nəfər reanimasiyada müalicə edilir.