ABŞ-da son sutkada 83 757 nəfər COVID-19-a yoluxub

...pandemiya başlayandan indiyədək ABŞ-da 8 493 747 nəfər koronavirusa yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Oktyabr 2020, 14:36

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 83 757 yoluxma halı qeydə alınıb, 943 nəfər vəfat edib.

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, pandemiya başlayandan indiyədək ABŞ-da 8 493 747 nəfər koronavirusa yoluxub.

 

ABŞ-da 224 min insan COVID-19-dan həyatını itirib, 3,4 milyon insan isə xəstəlikdən sağalıb.