Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan ölüb

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Noyabr 2020, 17:35

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan vəfat edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, 58 yaşlı Sarkisyan koronavirusdan dünyasını dəyişib.

 

Qeyd edək ki, noyabrın 16-da R. Sarkisyanın koronavirusa yoluxduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Bir gün sonra Almaniyaya aparılsa da, ölüb.

 

Xatırladaq ki, Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistana rəhbərlik edib.