Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb

...Gürcüstanda son sutkada koronavirusa 3 824 yeni yoluxma faktı təsdiqlənib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 11:10

Gürcüstanda son sutkada koronavirusa 3 824 yeni yoluxma faktı təsdiqlənib, 3 851 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə vəfat edib.

 

İnterAz xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 100 684-ə çatıb. Yoluxan şəxslərin 81 783-ü sağalıb, 927-si isə dünyasını dəyişib.

 

Hazırda karantin rejimində 2 128, stasionar nəzarətdə isə 5 976 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 3 445 nəfər xüsusi otellərdə müalicə alır.