İran Co Baydenin komandası ilə təmaslara başlamasını təkzib edib

...İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin seçkilərdə qalib gəlmiş Co Baydenin komandası ilə təmaslar qurması əsassızdır

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 21 Noyabr 2020, 11:54

“İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin seçkilərdə qalib gəlmiş Co Baydenin komandası ilə təmaslar qurması əsassızdır.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin mətbuat katibi Səid Xətibzadə deyib.

 

Bildirilib ki, Abbas Əraqçinin Baydenin müşavirləri ilə birbaşa və ya vasitə ilə təmas qurması əsassızdır.

 

Qeyd edək ki, ilk dəfə bu xəbəri ABŞ-ın New York Tımes qəzeti iddia etmiş, İranla Co Baydenin komandası arasında təmasların olduğunu iddia etmişdi.