Çavuşoğlu: Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir
Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 12:05
Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır.
İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistana açıq şəkildə dəstək verdilər:
"Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdi. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu"
Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.